Bank Of Baku

Şəmkir çayı üzərində su anbarının və su elektrik stansiyasının tikintisi davam etdirilir

Şəmkir çayı üzərində su anbarının və su elektrik stansiyasının tikintisi davam etdirilir
# 02 dekabr 2010 14:20 (UTC +04:00)
Şəmkir. Ayxan Hüseynov-APA. 2009-2013-cü illəri əhatə edən Regionların Sosial İqtisadi İnkişaf Proqramına uyğun olaraq, Şəmkir çay üzərində su anbarının və su elektrik stansiyasının tikintisi davam etdirilir. Artıq su anbarında 3 tunelinin 3-də də inşa işləri başa çatdırılıb. Şəmkir rayon İcra Hakimiyyətindən APA-nın Qərb bürosuna verilən məlumata görə, uzunluğu 885 metr olan nəqledici tunelə artıq su buraxılıb. Artıq tikintinin əsasını təşkil edən ön bəndin inşasına start verilib.

Qeyd edək ki, istifadəyə veriləcək dəryaçayın su tutumu 160 milyon kubmetr, uzunluğu 6.1 kilometr olacaq. Yeni su anbarı vasitəsi ilə gələcəkdə 75 min hektar əkin sahəsinin suvarılması mümkün olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR