Bank Of Baku

Azərbaycanın səhiyyə naziri özəl klinikalarda eyni analizlərin tam fərqli nəticələrinin baş vermə səbəbini açıqlayıb

Azərbaycanın səhiyyə naziri özəl klinikalarda eyni analizlərin tam fərqli nəticələrinin baş vermə səbəbini açıqlayıb
# 02 dekabr 2010 14:52 (UTC +04:00)
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu fikirləri Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev ölkədə fəaliyyət göstərən özəl tibb müəssisələrinin fəaliyyətinə həsr olunmuş geniş iclasda söyləyib. Nazir özəl klinikalarda eyni analizlərin tam fərqli nəticələrinin baş vermə səbəbini də açıqlayıb: “Yoxlamalar göstərir ki, bir çox hallarda müxtəlif klinikalarda eyni analizlərin tam fərqli nəticələri olur. Bu da bəzi hallarda vaxtı bitmiş reaktivlərdən istifadə ilə bağlıdır. Əgər analiz vaxtı bitmiş reaktivlərlə həyata keçirilərsə, bilirsiniz ki, heç bir effektli müalicədən söz gedə bilməz”.

Bəzi özəl klinikalarda həddindən artıq səliqəsiz, qanunsuz iş qurulduğunu deyən O.Şirəliyev sənədləşmə işində çox böyük qüsurlar olduğunu xüsusi vurğulayıb: “Özəl müəssisəyə daxil olan xəstələrin tibbi sənədi açılmır. Yalnız xəstənin ödədiyi pulun miqdarı adi kağızda qeyd olunur. Qaydalara uyğun olaraq, pasiyentin xəstəliyi, bu günə kimi keçirdiyi xəstəliklər, patologiyaları tələb olunan formatda həmin sənəddə əks olunmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR