Bank Of Baku

İslam Konfransı Gənclər Forumunun və İran Milli Gənclər Təşkilatı arasında fəaliyyət planı imzalanıb

İslam Konfransı Gənclər Forumunun və İran Milli Gənclər Təşkilatı arasında fəaliyyət planı imzalanıb
# 03 dekabr 2010 07:47 (UTC +04:00)
Bakı-APA. Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) baş katibi Elşad İskəndərov Tehranda keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının 1-ci sessiyasında iştirak edib. İKGF-dən APA-ya verilən məlumata görə, E. İsgəndərov çıxışında təmsil etdiyi Forumun sivilizasiyaların dialoqu, İslam Konfransı Təşkilatı (İKT) üzv-ölkələrində gənclərin intellektual potensialının inkişaf etdirilməsi və gənclərin biznes sahəsində fəaliyyətinin inkişafına yönəlmiş proqramlar haqqında məlumat verib.
E. İsgəndərov İKGF-nin təşəbbüsü ilə 2011-ci ildə Bakı şəhərində yaradılması planlaşdırılan, İKT ölkələrindən olan gəncləri on-line vasitəsilə kiçik və orta biznes sahəsində əməkdaşlığa cəlb edəcək İslam Konfransı İş Adamları Şəbəkəsi (İKGİŞ) haqqında da danışıb.
Tədbir çərçivəsində İran prezidenti Mahmud Əhmədinecat tərəfindən qəbul edilən E.İskəndərov İKGF-nin fəaliyyəti haqqında geniş məlumat verib. Sessiya çərçivəsində İKGF-nin baş katibi İraq, Pakistan və Livanın gənclər nazirləri, o cümlədən İran Milli Gənclər Təşkilatının (İMGT) sədri, İranın vitse-prezidenti Mehrdad Bazrpaş ilə görüşlər keçirib. Bu görüşlərdə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilmiş, gənclər siyasətinin dövlət səviyyəsində koordinasiya edilməsinin zəruriliyi xüsusilə vurğulanıb.
E.İskəndərov və İMGT-nin icraçı direktoru Mehdi Souli konkret əməkdaşlıq sahələrini əhatə edən Fəaliyyət Planını imzalayıblar. Adıçəkilən sənəddə 2011-ci ildə Tehran şəhərində İslam dininə aid məzhəb və məktəblərin yaxınlaşması prosesində gənclərin rolu üzrə beynəlxalq konfransın və İKGF-nin təşəbbüsü ilə İKT ölkələrində humanitar faciələr qurbanlarının Anım Günü proqramı çərçivəsində birgə tədbirlərin keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR