Bank Of Baku

İstirahət kompleksləri və iaşə obyektlərində heyvanların icazəsiz saxlanılmasının qarşısını almaq üçün növbəti reyd keçirilib

İstirahət kompleksləri və iaşə obyektlərində heyvanların icazəsiz saxlanılmasının qarşısını almaq üçün növbəti reyd keçirilib
# 03 dekabr 2010 09:25 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər və Vergilər Nazirliklərinin əməkdaşları respublika ərazisində vəhşi təbiətdən heyvanların götürülməsi və istirahət kompleksləri, restoran, kafe, eləcə də digər iaşə obyektlərində müvafiq icazə olmadan saxlanılmasının qarşısını almaq məqsədilə 25 noyabr - 2 dekabr tarixlərində növbəti reyd keçiriblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, reyd zamanı Azərbaycan Milli Elmlər Akademiyasının Mərdəkan Dendrari Parkından 1 ayı müsadirə olunaraq götürülüb. Azərbaycan Respublikasının “Heyvanlar aləmi haqqında” qanununa müvafiq olaraq faktla bağlı tədbirlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR