Bank Of Baku

Azərbaycan ərazisində hava buludlu və dumanlı olacaq, bəzi yerlərdə yağış yağacaq

Azərbaycan ərazisində hava buludlu və dumanlı olacaq, bəzi yerlərdə yağış yağacaq
# 03 dekabr 2010 10:24 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, şimal-şərq küləyi əsəcək, gündüz 13-15, axşam 11-13 dərəcə isti olacaq.

Dekabrın 4-də hava buludlu olacaq, arabir açılacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Axşam isə yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-11, gündüz 13-15 dərəcə isti olacaq.

Dekabrın 5-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var. Səhər saatlarında zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 8-10, gündüz 14-16 dərəcə isti olacaq.

Dekabrın 6-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 9-11, gündüz 15-18 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 4-də hava, əsasən yağmursuz keçək, lakin axşam və gecə bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-11, gündüz 15-20, dağlarda gecə 4-8, gündüz 17-22 dərəcə isti olacaq.

Dekabrın 5 və 6-da hava, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12, gündüz 16-21, dağlarda gecə 3-8, gündüz 17-22 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR