Bank Of Baku

ADU-nun rektoru Polşanın Azərbaycandakı səfiri ilə görüşüb

ADU-nun rektoru Polşanın Azərbaycandakı səfiri ilə görüşüb
# 03 dekabr 2010 10:28 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov Polşanın Azərbaycana yeni təyin olunmuş səfiri Mikal Labenda ilə görüşüb. ADU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə regional və beynəlxalq, həmçinin bir sıra maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. Ölkələr arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu bildirən Mikal Labenda əlaqələrin dərinləşməsi istiqamətində çalışacağını vurğulayıb.
Rəhbərlik etdiyi təhsil ocağı haqda məlumat verən Səməd Seyidov bildirib ki, universitetdə bir çox istiqamətlər üzrə müxtəlif ixtisaslar mövcuddur. ADU-da Qafqazşünaslıq ixtisasının açılmasının qonşu ölkələri öyrənmək baxımından böyük əhəmiyyət kəsb etdiyini dedi. Fransa, Almaniya, Koreya, Malayziya mərkəzləri haqqında danışıb. Polşa-Azərbaycan əlaqələrinə toxunan S.Seyidov bu münasibətlərin çox yüksək səviyyədə olduğunu bildirib.
Mikal Labenda Polşa universitetlərində Azərbaycan dilinin tədrisinin mümkünlüyündən danışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR