Bank Of Baku

“Orta əsr Azərbaycan əlyazmalarında səyahətnamələr” mövzusunda elmi-praktik konfrans keçirilib

“Orta əsr Azərbaycan əlyazmalarında səyahətnamələr” mövzusunda elmi-praktik konfrans keçirilib
# 03 dekabr 2010 11:55 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Turizm İnstitutunun təşkilatçılığı ilə “Orta əsr Azərbaycan əlyazmalarında səyahətnamələr” mövzusunda elmi-praktik konfrans keçirilib. APA-nın məlumatına görə, ATİ-nin rektoru Cəfər Cəfərov xalqın mədəni irsinin qorunmasında əlyazmaların xüsusi rol oynadığını söyləyib.

Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun işçisi, filologiya elmləri doktoru Kamandar Şərifli isə deyib ki, əlyazma kitablarının ilk mənşəyi Şumer lövhələrindən gəlir, sonra isə əlyazmalar papirus, müxtəlif əşyalar və dəri üzərində qeyd edilib: “Dəri üzərində yazılan kitablardan bizə gəlib çatanlar var. “Quran”ın Qələm surəsinin dəri üzərində yazılmış forması mövcuddur. Bunun tarixi 9-cu əsrə gedib çıxır”.

Əlyazma kitablarının araşdırıcısı olan K. Şərifli bildirib ki, əlyazma kitabları ayrı-ayrı evlərdə, şah saraylarında yazılıb. Orta əsrlərdə kitab çapçıları olmadığı üçün bu sahədə xüsusi kitabçılar işləyib. Onlar klassiklərin kitablarının surətlərini nüsxədən nüsxəyə köçürərək dünyaya yayıblar. Filoloq Azərbaycana aid olan əlyazma kitablarının hamısının müasir dövrədək çatmadığını da vurğulayıb. O əlavə edib ki, orta əsrlərdə baş verən müharibələr, dini fanatizm, təbii fəlakətlər həmin kitabların müasir dövrə çatmasına imkan verməyib: “Sovet dövründə Azərbaycanda ərəb əlifbası ilə yazılan kitablar daha çox məhv edilib. Sadə insanlar bu əlyazmalara görə günahlandırılmalarından qorxduqları üçün əlyazmaları çaylara atırdılar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR