Bank Of Baku

Azərbaycanın şimal bölgəsində Samur - Yalama Milli Parkı yaradılır

Azərbaycanın şimal bölgəsində Samur - Yalama Milli Parkı yaradılır
# 03 dekabr 2010 12:15 (UTC +04:00)
Quba. Könül Abdullayeva – APA. Azərbaycanın şimal bölgəsində Samur - Yalama Milli Parkı yaradılacaq. APA-nın şimal bürosunun məlumatına görə, Azərbaycan və Almaniya hökumətlərinin əməkdaşlığı çərçivəsində, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi və Almaniya İnkişaf Bankının maliyyə dəstəyi verdiyi layihənin təqdimat mərasimi keçirilib. Təqdimatda qeyd olunub ki, layihənin əsas məqsədi Samur - Yalama ərazisinin ekosisteminə daxil olan biomüxtəlifliyiin qorunmasına töhfə verməkdir. Milli Parkın cənub-şərqində nadir köçəri quş növləri və nəsli kəsilməkdə olan balıq növlərinin yaşayış mühitini qorumaq əsas vəzifə olacaq.
Layihənin işçi heyətinin rəhbəri Matias Görgen APA-ya bildirib ki, Almaniya İnkişaf Bankı 3 il ərzində həyata keçiriləcək bu layihəyə 2,5 milyon avro məbləğində vəsait ayırıb. Xaçmaz Meşə Mühafizəsi və Bərpası Müəssisənin direktoru Budaq Əliyev isə qeyd edib ki, 12 min 500 hektar əraziyə malik olacaq Samur - Yalama Milli Parkının yaradılması bölgənin nadir təbii sərvətlərinin qorunması ilə yanaşı, bu regionda turizmin inkişaf etdirilməsinə yeni imkanlar açacaq. Xaçmaz rayonunun müvafiq təşkilat nümayəndələrinin iştirakı ilə keçirilən təqdimat mərasimində tərəfdaşlar arasında əsas prinsip və şərtlərin əlaqələndirilməsi məsələləri müzakirə olunub.

Qeyd edək ki, Samur - Yalama Milli Parkı Azərbaycanda yaradılan sayca 8-ci Milli Park olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR