Bank Of Baku

Ombudsman Türkiyə Ədalət Akademiyasının məsul nümayəndəsini qəbul edib

Ombudsman Türkiyə Ədalət Akademiyasının məsul nümayəndəsini qəbul edib
# 03 dekabr 2010 12:38 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Türkiyə Ədalət Akademiyasının vitse-prezidenti, hakim Sami Sezai Uralı qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş tanışlıq məqsədi daşıyıb.
E. Süleymanova Azərbaycanda Ombudsman təsisatının insan hüquqlarının müdafiəsi və təmini istiqamətində çox şaxəli fəaliyyəti barədə məlumat verib. O, dövlət orqanları, QHT-lər, vətəndaş cəmiyyəti ilə əməkdaşlığını, həmçinin nüfuzlu beynəlxalq qurumlar, ixtisaslaşmış regional təşkilatlarla, xarici ölkələrdəki milli insan hüquqları institutları ilə qarşılıqlı əlaqələr qurulduğunu, eyni zamanda Türkiyə Respublikasının səfirliyi ilə də insan hüquqları sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Müvəkkilin mandatı, səlahiyyətləri, təsisatın strukturu, şikayətlərə baxılması qaydaları barədə ətraflı məlumat verilib.
S. Ural təmsil etdiyi Ədalət Akademiyasının fəaliyyəti barədə danışıb, dövlət orqanlarına hüquqi məsələlər üzrə tövsiyələr verdiklərini vurğulayıb, Azərbaycan Ombudsman təsisatı ilə əməkdaşlıqda maraqlı olduqlarını və bu institutun təcrübəsindən öz ölkəsində faydalanmağın zəruriliyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR