Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi son bir ayda Şahdağ Milli Parkında baş verən yanğınları təxribat hesab edir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi son bir ayda Şahdağ Milli Parkında baş verən yanğınları təxribat hesab edir
# 03 dekabr 2010 12:50 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinsən APA-ya verilən məlumata görə, yanğın zamanı 2 hektar ərazidə, əsasən xəzəl və kol-kosun yanması müəyyən edilib, köküstə ağaclara ziyan dəyməyib. Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının birgə səyi nəticəsində yanğın bu gün səhər saatlarında söndürülüb.

Nazirlik bildirir ki, son bir ay ərzində İsmayıllı rayonunun qeyd olunan ərazisinin yaxınlığında bələdiyyə, meşə fondu torpaqlarında, eləcə də Milli Parkın ərazisində bir neçə yanğın hadisəsi baş verib. Onların da səbəbinin təxribat olması güman edilir.

Sözügedən yanğın hadisəsi aktlaşdırılaraq araşdırma aparılması və təqsirkarların müəyyən edilməsi məqsədilə sənədlər hüquq-mühafizə orqanlarına təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR