Bank Of Baku

Sumqayıtda 43 min ton polietilen torbanın satışı dayandırılıb

Sumqayıtda 43 min ton polietilen torbanın satışı dayandırılıb
# 03 dekabr 2010 13:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Sumqayıt şəhərində 43 min tona yaxın polietilen torbanın satışı dayandırılıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Sumqayıt şəhəri, Sülh küçəsi, 76 ünvanında «EL-Plastik» MMC və Metallurq küçəsi, 1 ünvanında fəaliyyət göstərən «Qayğı» kiçik müəssisəsində aparılmış yoxlamalar zamanı bir sıra qanun pozuntuları aşkar olunub.

Müəyyən edilmiş pozuntularla bağlı, polietilen torbaların istehsalının dayandırılması və ticarət şəbəkəsindən geri yığılması, etiketlərində təyinatına uyğun olaraq «Ərzaq malları üçün» və ya «Qeyri-ərzaq malları üçün» sözləri göstərilməməklə istehlakçılara zəruri məlumatlar verilmədiyi üçün 40,7 ton polietilen torbanın satışının dayandırılması barədə «EL-Plastik» MMC-yə və 2 ton polietilen torbanın satışının dayandırılması barədə «Qayğı» kiçik müəssisəsinə icrası məcburi göstərişlər verilib.

Bununla yanaşı, satışı dayandırılmış polietilen torbalardan 28 nümunə götürülmüş və bu nümunələrdən seçmə üsulla 7-si laborator müayinəyə göndərilib. Laborator müayinələr nəticəsində «Qayğı» kiçik müəssisəsindən götürülmüş nümunələrdən birinin, «EL-Plastik» MMC-dən götürülmüş nümunələrdən ikisinin tərkibində bromlaşdırıcı maddələrin miqdarının yol verilən həddən artıq olduğu müəyyən edilib. Bununla əlaqədar, həmin müəssisələrdə istehsal edilmiş polietilen torbalardan götürülmüş digər nümunələr də laborator müayinəyə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR