Bank Of Baku

Abel Məhərrəmov Misirin Azərbaycandakı səfirini qəbul edib

Abel Məhərrəmov Misirin Azərbaycandakı səfirini qəbul edib
# 03 dekabr 2010 13:59 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Saber Abdelkader Mansur və Misir Mədəniyyət Mərkəzinin direktoru, doktor Adel Abdel-Fattah Darvişi qəbul edib. Bu barədə APA-ya BDU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib.

Səfir Abdelkader Mansur Bakı Dövlət Universiteti ilə Misir universitetlərinin əlaqələrinin daha da genişləndirilməsində, universitetdə təhsil alan misirli magistr və aspirantların sayının artırılmasında maraqlı olduqlarını bildirib. Rektor Abel Məhərrəmov isə deyib ki, Misirin Qahirə, Əş-Şəms və Sühaq universitetləri ilə əməkdaşlıq müqaviləsi var və həmin müqavilələri yeniləmək, daha səmərəli və işlək hala gətirmək lazımdır.

Sonda qərara alınıb ki, razılaşdırılmış məqamları əks etdirən sənəd hazırlansın və tərəflərə təqdim edilsin.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR