Bank Of Baku

Samux rayonunda epizootik vəziyyəti aydınlaşdırmaq üçün monitorinqlər davam edir

Samux rayonunda epizootik vəziyyəti aydınlaşdırmaq üçün monitorinqlər davam edir
# 03 dekabr 2010 16:09 (UTC +04:00)
Samux rayon Baytarlıq İdarəsinin rəisi Mürvət Bağırovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, Dövlət Baytarlıq Xidməti tərəfindən rayona xüsusi briqada göndərilib: “İki gündür ki, rayonun bütün kəndlərində, su hövzələri ətrafında və Kür çayı sahilində epizootik vəziyyəti aydınlaşdırmaq və ölü quşların olub-olmadığını müəyyənləşdirmək üçün monitorinqlər aparırıq".

Mürvət Bağırov Samux rayonun Samux rayonunun Kolayır və Sərkar kəndlərində iki həyətdə ev quşları arasında ölüm halları qeydə alındığını deyib: “Biz ölmüş quşlardan iki nümunə götürərək Bakıya göndərmişik. Hal-hazırda bu nümunələrin nəticələri ilə bağlı bizə heç bir məlumat göndərilməyib. Biz həmin həyətlərdə dezinfeksiya işləri aparmışıq və bundan sonra nə həmin həyətlərdə, nə də qonşuluqdakı həyətlərdə ev quşları arasında ölüm halları qeydə alınmayıb".

Qeyd edək ki, Azərbaycanın Samux rayonunda H5N1 virusu («quş qripi») aşkarlanıb. «APA-ECONOMICS»in məlumatına görə, bu barədə Azərbaycan səhiyyə nazirinin müavini Elsəvər Ağayev bildirib.

Onun sözlərinə görə, Dövlət Baytarlıq Xidməti tərəfindən Səhiyyə Nazirliyinə quş qripi ilə bağlı məlumat daxil olub: «Belə ki, Samux rayonunda ev quşları arasında tələfat olub və qan nümunələri nazirliyə göndərilib».

Nazir müavini qeyd edib ki, H5N1 virusu olan «quş qripi»nin H5-i artıq təsdiq olunub, N1-in aşkarlanması istiqamətində isə hazırda laboratoriyada tədqiqatlar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR