Bank Of Baku

Səhiyyə Nazirliyi səhiyyə mütəxəssislərinin sertifikasiyasına hazırlıq məqsədilə dekabrın 15-dən ikin sınaq test imtahanlarına başlayacaq

Səhiyyə Nazirliyi səhiyyə mütəxəssislərinin sertifikasiyasına hazırlıq məqsədilə dekabrın 15-dən ikin sınaq test imtahanlarına başlayacaq
# 04 dekabr 2010 07:50 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycan Səhiyyə Nazirliyi praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesini həyata keçirilməsinə hazırlıq məqsədilə dekabrın 15-dən ikin sınaq test imtahanlarına başlayacaq. Nazirlikdən APA-ya verilən məlumata görə, sınaq imtahanları dekabrın 15-i, 16-sı və 17-də keçiriləcək. Sertifikasiya prosesinin ilkin sınaq test imtahanı anesteziologiya-reanimatologiya, dermatovenerologiya, kardiologiya, mamalıq-ginekologiya, oftalmologiya, pediatriya, terapiya və ümumi cərrahiyyə ixtisasları üzrə olacaq.
Sınaq imtahanlarında öz ixtisasına uyğun olaraq, könüllü iştirak etmək istəyən tibb işçiləri dekabrın 10-dək qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, sertifikasiyanın keçirilməsi üçün test imtahanlarının isə gələn ilin yanvarından keçirilməsinə başlamaq nəzərdə tutulur. Həmin imtahanının nəticələri imtahan keçirilən tarixdən 3 gün müddətində açıqlanacaq. İmtahanın və müsahibənin nəticələri www.health.gov.az saytında və “Tibb qəzeti”ndə yerləşdiriləcək. Sertifikasiyadan keçməyən şəxslər 6 ay müddətində iş yerləri saxlanılmaqla, müvafiq peşə hazırlığını keçərək, sertifikasiya olunmaq üçün yenidən müraciət edə bilərlər.
Sertifikasiyadan müvəffəqiyyətlə keçənlər 5 il müddətində ixtisas üzrə praktik tibb
və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR