Bank Of Baku

Bakıda «Şəhərimizin təmizliyi hər birimizdən asılıdır» fotosərgisi keçirilir

Bakıda «Şəhərimizin təmizliyi hər birimizdən asılıdır» fotosərgisi keçirilir
# 04 dekabr 2010 08:37 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən «Təmiz Şəhər» ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov qeyd edib ki, Bakının gözəlliyinin və təmizliyinin qorunması dövlət qurumları ilə yanaşı, hər bir şəhər sakininin vəzifəsidir: «Fotosərginin təşkilinin əsas məqsədi əhalinin diqqətini tullantılarla düzgün rəftara və Bakının təmizliyinin qorunmasına cəlb etməkdir. Sərginin təşkili məqsədilə «Təmiz Şəhər» ASCnin cəlb etdiyi 12 fotoqraf-rəssam tərəfindən Bakıda insanların məişət tullantılarına münasibətini və şəhərin təmizliyini əks etdirən foto kadrlar və müxtəlif reportajlar hazırlanıb». Sərgi dekabrın 5-dək davam edəcək.

Xatırladaq ki, «Təmiz şəhər» ASC məişət tullantılarının emalı və utilizayası üzrə müasir standartlara uyğun vahid sistemin yaradılması məqsədilə 2008-ci ildə təsis olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR