Bank Of Baku

Qənirə Paşayeva Türkiyə və Şimali Kipr mediasına müsahibələrində Ermənistanın işğalçılıq siyasətindən danışıb

Qənirə Paşayeva Türkiyə və Şimali Kipr mediasına müsahibələrində Ermənistanın işğalçılıq siyasətindən danışıb
# 04 dekabr 2010 08:36 (UTC +04:00)
Bakı-APA. Türkiyənin Avrasiya Ekonomik İlişkilər Dərnəyi və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Levkə Avropa Universitetinin keçirdiyi “XXI yüz ildə Türk Dünyası” adlı beynəlxalq simpoziumda iştirak edən Azərbaycan Milli Məclisinin üzvü Qənirə Paşayeva Türkiyə və ŞKTC mediasına müsahibələrində Ermənistanın işğalçılıq siyasəti barədə ətraflı məlumat verib. APA-nın xəbərinə görə, millət vəkili Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini 15 ildən artıqdır ki, işğal altında saxladığını, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvasına dönməsinə imkan vermədiyini, azərbaycanlılara məxsus tarixi-mədəni və dini abidələrinin dağıdıldığını, Xocalıda və bir sıra digər kəndlərdə azərbaycanlılara qarşı soyqırım törədildiyini deyib.

Q. Paşayeva Türkdilli dövlətlərin və toplumların bu məsələyə daha həssas yanaşmağa çağırıb: “Biz sizin televiziyalarınız və qəzetləriniz vasitəsilə qazax, türkmən, özbək, qırğız, Balkan türkləri, Türkiyə türkləri, İraq türkləri, Rusiya türkləri, Kıprıs Türkləri və dünyanın hər yerində yaşayan türk qardaş və bacılarımızı çağırırıq ki, Qarabağ problemini, Xocalı soyqırımını öz problemləri kimi hiss etsinlər, Ermənistanın işğalçılığı, erməni yalanları qarşısında bir Azərbaycan Türkü, bir Azərbaycanlı kimi mübarizə aparsınlar”.

Azərbaycan prezidenti İlham Əliyevin Türk Xalqlarının Qurultayında erməni yalanlarının qarşısının alınmasından danışarkən “biz müdafiədən hücuma keçməliyik” sözlərini xatırladan millət vəkili Azərbaycanın bu istiqamətdə gördüyü işlərdən danışıb və vurğulayıb ki, qondarma erməni soyqırımı iddiaları, ermənilərin Azərbaycanla, onun ayrılmaz parçası olan Qarabağla bağlı dünyada apardıqları yalan kompaniyasına qarşı bütün Türklər birgə mübarizə aparmalıdır: “Ermənilər 2015-ci ilə qədər yəni qondarma erməni soyqırımının 100 illiyinə qədər bu istiqamətdə addımlar atılacağını deyirlər. Düşünün, bu cür qərarlar orada yaşayan insanlarımıza, haradan gəlməsindən asılı olmayaraq, bütün türklərə nə qədər böyük bir zərbə ola bilər. Təbii ki, onlar bu yalanın doğru olmadığını deyəcəklər və onların hansı problemlərlə üzləşə biləcəyini düşünmək belə insanı dəhşətə gətirir. Ona görə də dünyanın hər bir ölkəsində olan türklər bu yalanların qarşısının alınmasında ciddi və birgə çalışmalı, ermənilərin Xocalıda törətdiyi soyqırımın tanıdılması istiqamətində səylərini gücləndirməlidirlər”.
Q. Paşayeva simpozium çərçivəsində ŞKTC prezidenti Dərviş Əroğlu, parlamentin spikeri Həsən Bozer, TÜRKSOY-un sədri Düsen Kaseinov, TÜRKSAM-ın prezidenti Sinan Oğan, Ankaranın Keçirörən bələdiyyə başqanı Mustafa Ak, Eyyub Bələdiyyəsinin başçısı İsmayıl Kavunçu, Lefke Avropa Universitetinin rektoru Ahmet Bülent Göksel ilə də görüşüb. Beynəlxalq simpozium sabah söz işini başa çatdıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR