Bank Of Baku

Xaricdə təhsil alan azərbaycanlı tələbələrin problemləri Paris və Londonda müzakirə olunacaq

Xaricdə təhsil alan azərbaycanlı tələbələrin problemləri Paris və Londonda müzakirə olunacaq
# 04 dekabr 2010 11:09 (UTC +04:00)
Bakı-APA. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” nın icrası ilə əlaqədar olaraq ümumi məsələlərin müzakirə edilməsi məqsədilə gənclər və idman naziri Azad Rəhimov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Prezidenti Administrasiyasının şöbə müdiri Elnur Aslanov, təhsil nazirinin müavini Elmar Qasımov Fransa və İngiltərədə səfərdə olacaqlar. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 5-də başlayacaq səfər çərçivəsində rəsmilər ilk olaraq Azərbaycanın Fransadakı səfirliyinin binasında, dekabrın 6-da London şəhərində “Hotel Royal Garden” də digər rəsmi şəxslərin iştirakı ilə görüşlər keçirəcəklər.
Görüş zamanı tələbələrin üzləşdikləri bir sıra inzibati, iqtisadi, sosial və digər problemlərlə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR