Bank Of Baku

Astara rayonunun Şiyəkəran kəndinə 17 ildən sonra təbii qaz verilib

Astara rayonunun Şiyəkəran kəndinə 17 ildən sonra təbii qaz verilib
# 04 dekabr 2010 11:35 (UTC +04:00)
Astara. Ağəddin Babayev – APA. Bu gün Azərbaycanın Astara rayonunun Şiyəkəran kəndinə 17 illik fasilədən sonra təbii qazın verilişi bərpa olunub. APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə mərasim keçirilib.
Qeyd olunub ki, kənddə qaz xətlərinin əsaslı təmirindən sonra ilkin mərhələdə 50 abonentə təbii qaz verilib və onların hamısı sayğacla təmin olunub. Qalan 1550 abonentin isə yaxın vaxtlarda mavi yanacaqla təmin ediləcəyi nəzərdə tutulub.
Astara rayon Qaz İstismar İdarəsinin rəisi Cəbrayıl Salmanov bildirib ki, rayonun tam qazlaşdırılması işi 2013-cü ildə başa çatdırılacaq. İndiyə kimi isə Astara şəhəri daxil olmaqla rayonun 1 qəsəbəsi və 27 kəndində təbii qazın verilişi bərpa olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR