Bank Of Baku

Sumqayıtda qış mövsümünə hazırlıqla bağlı toplantı keçirilib

Sumqayıtda qış mövsümünə hazırlıqla bağlı toplantı keçirilib
# 06 dekabr 2010 08:01 (UTC +04:00)
Sumqayıt - APA-Economics. Sumqayıt şəhər İcra Hakimiyyətində (ŞİH) 2010-2011-ci il qış mövsümünə hazırlığına həsr olunmuş geniş müşavirə keçirilib.

APA-Economics”in xəbərinə görə, tədbirdə çıxış edən Sumqayıt ŞİH başçısı Vaqif Əliyevin şəhər rəhbəri qarşıdan gələn qış aylarında şəhər təsərrüfatının bütün xidmətlərinin hazırlıq səviyyəsinin yüksək olması, tədricən kəskinləşən hava şəraitinin sakinlərin gündəlik həyatına, nəqliyyatın hərəkətinə təsirinin minimuma endirilməsi ilə əlaqədar öz tapşırıqlarını verib.

Müşavirədə elektrik enerjisi təsərrüfatının rəhbəri S.Balaşov, Sumqayıt Qaz İstismar Sahəsinin baş mühəndisi T.Balıyev və Sumqayıt şəhər Təmizlik Departamentinin baş direktoru R.Mustafayev çıxış edərək, müvafiq sahələrin qış mövsümünə hazırlığı barədə məlumat veriblər.

Şəhər fəallarının yığıncağında həmçinin Sumqayıt şəhərindən Milli Məclisə seçilmiş deputatların - 41 saylı dairədən Leyla Abdullayeva, 42 saylı dairədən Musa Qasımlı, 43 saylı dairədən Muxtar Babayev və 44 saylı dairədən Hacı Salayevin şəhər fəallarına təqdimatı olub. ŞİH başçısı tərəfindən onlara “Sumqayıt” kitabı hədiyyə edilib. Millət vəkilləri çıxış edərək seçiciləri ilə görüşlərdə qaldırılmış məsələlərin həllində yaxından iştirak edəcəklərini, sumqayıtlıların qayğı və problemlərini parlament kürsüsündən səsləndirəcəklərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR