Bank Of Baku

TQDK qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış gənclər haqqında məlumatları dərc edib

TQDK qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış gənclər haqqında məlumatları dərc edib
# 06 dekabr 2010 09:39 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Abituriyent” jurnalının 11-ci sayında qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış gənclər haqqında məlumatları dərc edib. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu nəşrin əsas məqsədi istedadlı gəncləri ictimaiyyətə tanıtmaq, onların təcrübəsini təbliğ etmək, yeniyetmələri təhsilə daha da həvəsləndirməkdir.

Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında 1384 abituriyent 600-dən yuxarı bal toplayıb, onlardan 7 nəfəri maksimal nəticə (700 bal) göstərib. Ən yüksək nəticə göstərmiş 102 gəncə Azərbaycan prezidentinin sərəncamı ilə prezident təqaüdü təyin edilib.

Prezident təqaüdçülərinin 23 nəfəri Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, 25 nəfəri Azərbaycan Tibb Universitetinin, 15 nəfəri Bakı Dövlət Universitetinin, 25 nəfəri Qafqaz Universitetinin, 7 nəfəri Azərbaycan Dövlət Neft Akademiyasının, 3 nəfəri Azərbaycan Dövlət İqtisad Universitetinin, 1 nəfəri Azərbaycan Milli Aviasiya Akademiyasının, 1 nəfəri Moskva Dövlət Universitetinin Bakı filialının, 2 nəfəri isə xüsusi təyinatlı təhsil müəssisələrinin tələbələridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR