Bank Of Baku

Azərbaycanın bəzi ərazilərində sulu qar yağacaq

Azərbaycanın bəzi ərazilərində sulu qar yağacaq
# 06 dekabr 2010 09:49 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, cənub küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq, axşam yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gündüz 14-17, axşam 10-12 dərəcə isti olacaq.

Dekabrın 7-də hava buludlu olacaq, arabir açılacaq. Səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək, günün ikinci yarısında mülayimləşəcək. Gecə 10-12, gündüz 12-14 dərəcə isti olacaq.

Dekabrın 8-də havanın buludlu olacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Gündüz dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-11, gündüz 12-15 dərəcə isti olacaq.

Dekabrın 9-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Axşam buludluluğun artacağı gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-10, gündüz 12-15 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 7-də, əsasən gecə və axşam yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Səhər duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11, gündüz 13-17, dağlarda gecə 4-9, gündüz 10-15 dərəcə isti olacaq.

Dekabrın 8-9-da bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və axşam intensiv olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Dekabrın 9-da gündüz hava, əsasən yağmursuz olacaq. Qərb küləyi arabir saniyədə 5-10 metrədək güclənəcək. Gecə 4-8, gündüz 12-15, dağlarda gecə 2-6, gündüz 8-12 dərəcə isti olacaq.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin əsasən mülayim tərəddüdləri gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR