Bank Of Baku

Azərbaycanda yeyinti məhsullarının keyfiyyət və təhlükəsizliyinə nəzarət laboratoriyası fəaliyyətə başlayıb

Azərbaycanda yeyinti məhsullarının keyfiyyət və təhlükəsizliyinə nəzarət laboratoriyası fəaliyyətə başlayıb
# 06 dekabr 2010 10:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində yeyinti məhsullarının keyfiyyət və təhlükəsizliyinə nəzarət üzrə yeni laboratoriya istifadəyə verilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, yeyinti məhsullarının (ət və ət məhsulları, balıq, süd və süd məhsulları, konservləşdirilmiş məhsullar, meyvə-tərəvəz, bitki və heyvan mənşəli yağlar və s.) fiziki-kimyəvi, bioloji və toksikoloji göstəricilərinin qısa müddət ərzində və yüksək həssaslıqla təyin edilməsi üçün laboratoriyada hər cür şərait yaradılıb.

Laboratoriya “Varian”, “Siemens”, “Labart”, “Orka Food”, “Esco Biotech”, “Smartzee” kimi şirkətlərinin istehsalı olan ən müasir cihaz və avadanlıqlarla təchiz edilib və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən akkreditasiyadan keçirilib.

Hazırda laboratoriyanın beynəlxalq İSO 17025 standartı üzrə akkreditasiyadan keçirilməsi üçün işlər davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR