Bank Of Baku

ADU-nun rektoru İordaniyanın Azərbaycandakı səfiri ilə görüşüb - FOTO

ADU-nun rektoru İordaniyanın Azərbaycandakı səfiri ilə görüşüb - <font color=red>FOTO</font>
# 06 dekabr 2010 10:56 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, professor Səməd Seyidov İordaniya Haşimilər Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Adel Adeylahla görüşüb. ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə regional və beynəlxalq məsələlər, eləcə də ölkələr arasında mövcud münasibətlər, İordaniya və Azərbaycan parlament əlaqələri haqda müzakirələr aparılıb.
S. Seyidov ADU haqqında məlumat verərək universitetdə təkcə Qərbi Avropa ölkələri deyil, Şərq ölkələrinin də öyrənilməsinə böyük diqqət verildiyini deyib.
Rektor universitetlərarası əlaqələrin vacibliyini bildirib.
Adel Adeylah ADU-nun çox aktiv fəaliyyəti haqqında məlumatlı olduğunu deyib, İordaniya parlamenti ilə Azərbaycan parlament əlaqələri haqda danışıb.

Görüşdən sonra səfir Adel Adeylah ADU-nun İnformasiya Resurs Kompleksi ilə də tanış olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR