Bank Of Baku

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti Avstriyada səfərdə olub

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti Avstriyada səfərdə olub
# 06 dekabr 2010 13:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan fövqəladə hallar nazirinin müavini, general-mayor Etibar Mirzəyevin başçılıq etdiyi nümayəndə heyəti Avstriyada səfərdə olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Avstriya Federal Daxili İşlər Nazirliyinin Mülki müdafiə, böhran və fövqəladə hallar idarəsinin dəvəti ilə gerçəkləşmiş səfər çərçivəsində Azərbaycan və Avstriyanın fövqəladə halların idarə edilməsi üzrə müvafiq qurumları arasında əlaqələrin qurulması və inkişafı məsələləri müzakirə olunub. FHN nümayəndə heyəti Avstriya Federal Daxili İşlər Nazirliyinin Mülki müdafiə, böhran və fövqəladə hallar idarəsinin rəhbərliyi ilə görüşlər keçirib, Yanğınsöndürmə Xidmətinin, Böhran vəziyyətlərində idarəetmə mərkəzinin “112” zəng xidmətinin və digər müvafiq qurumların fəaliyyəti ilə tanış olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR