Bank Of Baku

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İordaniyaya gedib

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İordaniyaya gedib
# 06 dekabr 2010 13:34 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti İordaniyaya səfərə gedib. APA-nın məlumatına görə, səfər dekabrın 10-dək davam edəcək.

Azərbaycanın İordaniyadakı səfirliyinin birinci katibi Kənan Murtuzov bildirib ki, AMEA nümayəndə heyəti Əmmanda görüşlərə sabahdan başlayacaq. M. Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin İordaniyanın elmi dairələri və rəsmi şəxsləri ilə bir sıra görüşləri planlaşdırılıb. Nümayəndə heyəti həmçinin İordaniyanın elmi mərkəzlərinə baş çəkəcək, institutlarda olacaq. Görüşlərdə elm sahəsində əməkdaşlığın perspektivləri müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR