Bank Of Baku

Dekabrın 10-dan Bakıda əmək yarmarkalarına start veriləcək

Dekabrın 10-dan Bakıda əmək yarmarkalarına start veriləcək
# 06 dekabr 2010 14:55 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi dekabrın 10-dan Bakıda işaxtaranlar üçün əmək yarmarkalarının keçirilməsinə start verəcək.

Baş Məşğulluq İdarəsinin rəis müavini Şahbaz Xələfov APA-ya bildirib ki, ilk yarmarka dekabrın 10-da Heydər Əliyev adına İdman və Konsert Kompleksində Nəsimi, Binəqədi və Nərimanov rayonlarının məşğulluq xidməti orqanları tərəfindən keçiriləcək. Növbəti yarmarka dekabrın 17-də Azərbaycan Texniki Universitetinin idman zalında Yasamal, Səbail, Qaradağ rayonları üzrə təşkil olunacaq. Sonuncu əmək yarmarkası isə dekabrın 24-də Nizami rayonundakı «Star» İdman Kompleksində Nizami, Xəzər, Sabunçu, Suraxanı, Xətai rayonlarının məşğulluq xidməti orqanları tərəfindən təşkil olunacaq.

Qeyd edək ki, bu ildən Bakı şəhəri üzrə bir əmək yarmarkasının keçirilməsi ləğv edilib. Bunun məqsədi işaxataranlar üçün iş tapmaq imkanlarını genişləndirməkdir
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR