«Sumqayıtın çirklənmiş ərazilərinin kadastrı»nın təqdimat mərasimi keçirilib
Almaniyanın 30 ildən artıqdır ki, Sumqayıtla geniş tərəfdaşlıq əlaqələri qurmuş Lüdviqshafen şəhərinin Ekologiya Departamentinin dəstəyi, həmçinin Almaniya-Azərbaycan Əməkdaşlıq Cəmiyyətinin mütəxəssislərinin, onun Sumqayıt bölməsinin əməkdaşlarının birgə səyi nəticəsində bir-neçə il ərzində Sumqayıt şəhərində, onun sənaye zonasında, o cümlədən kimya müəssisələrinin ətraf ərazilərində aparılmış ciddi analizlərin, müşahidə və yoxlamaların nəticəsi olaraq hazırlanmış kadastrla yaxından tanış olan tədbir iştirakçıları şəhərin müxtəlif zərərli maddələr və çöküntülərlə zəhərlənməsinin müəyyənləşdirilməsi sahəsində kadastr qrupu üzvlərinin əməyini yüksək qiymətləndirib, təqdim olunan layihə ilə bağlı öz fikir və mülahizələrini bildiriblər.
Qeyd edilib ki, 19 il əvvəl Azərbaycanın müstəqillik əldə etməsi Sumqayıt və Lüdviqshafen şəhərlərinin əlaqələrinin daha da intensiv xarakter almasına və alman ekoloqların Sumqayıtın ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində fəaliyyətinin genişlənməsinə səbəb olub. Son illərdə Almaniya-Azərbaycan Əməkdaşlıq Cəmiyyətinin Sumqayıt ofisinin də yaradılması bu sahədə aparılan işlərin daha intensiv, ciddi və səmərəli olmasına öz müsbət təsirini göstərib.
Tədbirdə Sumqayıtın çirklənmiş əraziləri ilə bağlı kadastrın tərtibatı, toplanılan faktların zənginliyi, aparılmış müşahidələrin çoxluğu nümayiş etdirilən kadrlarda daha aydın şəkildə diqqətə çatdırılıb. Kadastrın hazırlanmasında Almaniyanın Lüdviqshafen və digər şəhərlərində ekoloji vəziyyətin yaxşılaşdırılması ilə bağlı əldə olunmuş zəngin təcrübə də mühüm rol oynayıb.
Bildirilib ki, Sumqayıtın çirklənmiş ərazilərinin kadastrı hazırlanarkən həmin sahələr yerdən və havadan izlənilərək öyrənilib və əldə olunmuş nəticələr xüsusi xəritələrə, sonra isə kompüterə köçürülüb. Həm də diqqətəlayiqdir ki, çirklənmiş ərazilərin ətraf mühitə vurduğu zərər, yaratdığı təhlükə maksimum dəqiqliyi ilə qeydə alınıb.
Qeyd olunub ki, tədqiq olunun ərazilərin kadastrı hazırlanarkən həmçinin arxiv materiallarından, əsasən də köhnə şəkillərdən istifadə edilib, hətta ərazilərin tarixi də öyrənilib. Sonda çirklənmiş ərazilər əmsallaşdırılıb, kodlaşdırılıb və nömrələnərək xüsusi kompüter sisteminə daxil edilib.
Bütövlükdə Sumqayıtın ekoloji durumunun yaxşılaşdırılmasını qarşıya məqsəd qoymuş Almaniya-Azərbaycan Əməkdaşlıq Cəmiyyətinin ekoloq və ekspertləri şəhərin çirklənmiş ərazilərinin kadastrının hazırlanmasına çox ciddi yanaşaraq, həmin ərazilərin müəyyənləşdirilməsi ilə yanaşı onların ətraf mühitə, həmçinin Xəzərin sularına yaratdığı təhlükə dərəcəsini araşdıraraq, mövcud vəziyyətin yaxşılaşdırılması üçün müəyyən təkliflər paketi də hazırlayıblar.
Qeyd olunub ki, çirklənmiş ərazilərin kadastrı xüsusi proqram əsasında tərtib edildiyindən Sumqayıtın ekoloji vəziyyəti ilə bağlı informasiyaları dəqiqləşdirmək, dəyişikliklər baş verdikdə onları yeni göstəricilər əsasında təzələmək asanlıqla mümkün olur. Bütün ekoloji göstərici və materialların kompüter sisteminə daxil edilməsi bu sahədə aparılacaq gələcək işlər üçün mühüm əhəmiyyət kəsb edəcək.
Təqdimat mərasimində həmçinin bildirilib ki, kadastrın hazırlanmasına başlanıldığı ilkin mərhələdə çirklənmiş ərazilər Sumqayıtda çoxluq təşkil edərək şəhərin müxtəlif ərazilərində ekoloji gərginliyin artma tendensiyası müşahidə edilsə də, son dövrlərdə ətraf mühit üçün təhlükəli olan müəssisə və qurğuların fəaliyyətinin dayandırılması, yeni və müasir təmizləmə qurğularının tətbiqi, şəhərin bir çox məhəllə və mikrorayonlarında, həmçinin kimya müəssisələrinin sıx yerləşdiyi sənaye zonasında yaşıllaşdırma işlərinin genişləndirilməsi, əhalinin ekoloji baxımdan maarifləndirilməsi şəhərin ekoloji vəziyyətinin nisbətən yaxşılaşmasına səbəb olub.
Bu baxımdan «Azərikimya» İstehsalat Birliyinin Etilen-polietilen zavodunda aparılan əsaslı təmirdən sonra ətraf mühitə və Xəzər dənizinə atılan tullantıların azaldılması, kimya müəssisələrinin ərazilərində və onların ətraflarında geniş yaşıllıq sahələrinin yaradılması da əvvəlki illərə nisbətən Sumqayıtın ab-havasının yaxşılaşmasında mühüm mərhələ təşkil edib.
Ekoloji xəritə-kadastrın müəllifləri və digər mütəxəssislər ətraf mühitin çirklənməsinə qarşı mübarizədə, kimya müəssisələrinin ərazilərində çirklənmiş sahələrin müəyyən edilməsində «Azərikimya» rəhbərliyinin onlara yardım göstərməyə hazır olmasından razılıq ifadə ediblər və həmin ərazilərin analitik xəritəsinin də kadastra daxil edərək, bütünlükdə işi tezliklə və tam şəkildə başa çatdıracaqlarını bildiriblər.
Sumqayıtın ekologiyasının saflaşdırılmasında mühüm əhəmiyyət kəsb edəcək kadastrın açıq və maraqlı diskussiya, sual-cavab şəklində davam etdirilən müzakirəsi ətrafında çıxış edən «Azərikimya» İstehsalat Birliyinin, ekologiya ilə əlaqəli bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri təqdim olunan layihənin əhəmiyyətini qeyd edərək, bir sıra konkret təkliflər irəli sürüblər.
Sosial
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Mədinə Babayevanın qalıqları 33 il sonra Kəlbəcərdə dəfn olunub - FOTO
Baş prokuror Xətai rayonunda qəbul keçirib
Ədliyyə naziri Balakəndə vətəndaşları qəbul edib
Özəl klinikalarda yoxlama aparılıb, 14 tibb müəssisəsi cərimələnib
Xəbər Lenti
Birinci Qarabağ müharibəsi şəhidi Bahadur Kamalovun qalıqları Kəlbəcərdə dəfn olunub - FOTO
Azərbaycan nümayəndə heyəti Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - FOTO
Naxçıvan şəhərində yük avtomobili 2 piyadanı vurub
Monteneqro İnterpol xətti ilə axtarılan şəxsi Azərbaycana təhvil verəcək
Arayik Harutyunyan və digərlərinin apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin vəsatətlərinə baxılıb - FOTO
“Fənərbaxça” Natan Akeni transfer etdiyini açıqlayıb
Ötən ay Bakı metrosundan 18,6 milyon sərnişin istifadə edib
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Mədinə Babayevanın qalıqları 33 il sonra Kəlbəcərdə dəfn olunub - FOTO
KİV: NATO sammitində Ukraynaya 140 mlrd. avroluq hərbi yardım paketi ayrılacaq
Rekord istilər fonunda Münhendə suya tələbat kəskin artıb
ADY rəhbərliyi Rusiya və İranla əməkdaşlığı müzakirə edib, protokol imzalanıb
BMMT-nin Baş katibi Sudan XİN rəhbəri ilə əməkdaşlıq imkanlarını müzakirə edib
Sabir Hacıyev: Rəqəmsal inkişaf Azərbaycanın gələcək rəqabət üstünlüyünü formalaşdıran strateji seçimdir
70 000 manatadək kredit - KOMİSSİYASIZ
Xankəndidə ABB-nin Çağrı Mərkəzinin açılışı olub
Bərdə-Ağdam-Xankəndi yolunda qəza olub, 5 nəfər xəsarət alıb- YENİLƏNİB
Almaniya Kansleri Trampa cavab verib
Bakıda 3 marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Son aylarda Naxçıvanın enerji tələbatı bərpaolunan mənbələr hesabına təmin edilib
Bakıda açıq sahədə yanğın söndürülüb - VİDEO - YENİLƏNİB
Xaricdə yaşayan Ermənistan vətəndaşlarının səsvermə hüququnu məhdudlaşdıran qanun qəbul edilib
Coratda dənizdə nəzarətsiz ərazidə batan bir nəfər xilas edilib, digərinin meyiti tapılıb
Rusiya Kiyevdə Avropa Parlamenti əməkdaşlarının və Avstriya səfirinin qaldığı oteli vurub
Kapital Bank 116 filial, 51 şöbə və 1274 ATM ilə ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankıdır
Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Sosial şəbəkələrdən istifadə ilə bağlı dəyişikliklər: Qadağa deyil, qorunma mexanizmi – TƏHLİL
Kütləvi məzarlıqlara dair etiraf: ICMP Baş direktoru Azərbaycanın illərdir səsləndirdiyi həqiqətləri təsdiqləyir - ŞƏRH
Tusk Polşa-Ukrayna münasibətlərindəki gərginliyə görə Zelenskini ittiham edib
“Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi haqqında Texniki Reqlament” qəbul edilib
Aİ Navalnının ölümünə görə 6 rusiyalı tədqiqatçıya sanksiya tətbiq edib
Baş prokuror Xətai rayonunda qəbul keçirib
Ədliyyə naziri Balakəndə vətəndaşları qəbul edib
Türkiyə generalı Azərbaycan HDQ-də olub
“New York Times”: ABŞ İsraili İranın danışıqlar heyətinə qarşı sui-qəsd fikrindən daşındırıb
KİV: Heqset ABŞ-ın Avropadakı qoşunlarının sayını azaltmağı planlaşdırıb, Rubio mane olub
Liderlik, sabitlik və milli maraqlar: Xalqın İlham Əliyevə etimadı tamdır – TƏHLİL
Fransada anomal istilərdə ölənlərin sayı 2000-i ötüb
“Kristal”dan yeni beynəlxalq əməkdaşlıq: “Florim” ilə memorandum imzalanıb
Bakıda obyektdən 10 min manatlıq naqil oğurlanıb
Özəl klinikalarda yoxlama aparılıb, 14 tibb müəssisəsi cərimələnib
Almaniya millisinin baş məşqçisi Yulian Naqelsman istefaya göndərilib
Rəqəmsal inkişaf artıq Azərbaycanın iqtisadi modelinin əsas sütunlarından birinə çevrilir - RƏY
Sabunçuda 19 kq marixuana aşkarlanıb - VİDEO
Tural Gəncəliyev: Petra Bayr AŞPA-nın Azərbaycana münasibətdə qərəzli mövqe tutduğunu bir daha təsdiqlədi
Ukrayna Zaporojyedə bazara dron zərbəsi endirib, 5 nəfər ölüb
Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gəlib
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Möysüm Əliyevin qalıqları Füzulidə dəfn olunub
Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlanıb
I yarımildə “e-müqavilə” üzrə bağlanan müqavilələrin dəyəri 1 mlrd. manatı ötüb
Şəkidə 5 nəfəri it dişləyib