Bank Of Baku

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsini məhkəməyə verib

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsini məhkəməyə verib
# 07 dekabr 2010 09:10 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı məhkəmə iddiası qaldırıb. APA-nın xəbərinə görə, komitə idarəyə qarşı icarə haqqının ödənilməməsi iddiası ilə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinə müraciət edib. İddia əsasında məhkəmənin ilkin hazırlıq iclası dekabrın 19-da keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr üzrə sektor müdiri Zəminə Əliqızı APA-ya bildirib ki, hələlik məhkəmədən idarəyə bildiriş göndərilməyib: “Bizim idarə öz binasında yerləşir və buna görə heç kimə icarə haqqı ödəmir. Lakin idarənin tabeliyində bəzi uşaq bağçaları var ki, onlar yaşayış binalarında yerləşir və bununla bağlı icarə haqqı ödənilir. Məhkəmə iddiası idarənin tabeliyindəki hər hansı uşaq bağçasının icarə haqqı ilə bağlı ola bilər. Bizə bildiriş daxil olsa, hüquqşünasımız məhkəmədə iştirak edəcək və məsələyə aydınlıq gətiriləcək”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR