Bank Of Baku

Azərbaycanda bu il 9300 əcnəbinin fərdi əmək fəaliyyəti ilə məşğul olmasına rəsmi icazə verilib

Azərbaycanda bu il 9300 əcnəbinin fərdi əmək fəaliyyəti ilə məşğul olmasına rəsmi icazə verilib
# 07 dekabr 2010 09:31 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. 2011-ci ilin 11 ayı ərzində Dövlət Miqrasiya Xidmətinə (DMX) Azərbaycan Respublikasında olmaq, yaşamaq, vətəndaşlığa keçmək, qaçqın statusu və digər məsələlərlə bağlı 50 min müraciət daxil olub. APA-nın məlumatına görə, bunu DMX-in rəis müavini Pərviz Musayev deyib. O bildirib ki, DMX tərəfindən bu müraciətlərin hər biri diqqətlə araşdırılıb və qanunvericiliyin tələbləri çərçivəsində onların hər biri cavablandırılıb.

Müraciətlərin 10 mindən çoxu fərdi əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilərin müraciətləridir. 9300 müraciətə rəy verilərək müvafiq fərdi icazələrin alınması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib.

Eyni zamanda DMX Azərbaycanda qanunsuz yaşayan, qanunsuz fəaliyyət göstərən əcnəbi vətəndaşlara qarşı da mübarizə aparır. Bu ilin əvvəlindən digər müvafiq qurumlarla birgə keçirilən tədbirlər nəticəsində 10 mindən artıq əcnəbinin Azərbaycanda yaşaması və qanunsuz fəaliyyətlə məşğul olması faktı aşkar edilib. Həmin faktlarla bağlı 2491 nəfərə cərimə tətbiq edilib və onların Azərbaycanda yaşaması leqallaşdırılıb. Digər əcnəbilərin isə ölkə ərazisindən 48 saat ərzində çıxmaları və inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR