Bank Of Baku

Azərbaycanla Rusiya arasında əmək miqrasiyası sahəsində əməkdaşlığa dair sənəd imzalanacaq

Azərbaycanla Rusiya arasında əmək miqrasiyası sahəsində əməkdaşlığa dair sənəd imzalanacaq
# 07 dekabr 2010 10:00 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Azərbaycanla Rusiya arasında əmək miqrasiyası sahəsində əməkdaşlığa dair sazişin imzalanması gözlənilir. APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyi yanında Miqrasiya İdarəsinin rəisi Rauf Tağıyev bildirib. Saziş layihəsinin neçə ildir ki, hazırlandığını deyən idarə rəisi bildirib ki, 10 gün əvvəl Rusiyadan gəlmiş nümayəndə heyəti ilə birlikdə layihə üzərində iş aparılıb: “Aparılan işin yekunda saziş layihəsinin artıq hazır olduğu və sənədin imzalanması üçün aidiyyəti qurumlarda olan daxili prosedurların həyata keçirilməsi tövsiyə olunub”.
R. Tağıyev xatırladıb ki, sənəd üzərində iş bir neçə il əvvəl Rusiya hökumətinin bu ölkənin daxili əmək bazarında pərakəndə ticarət sahəsində çalışan xarici ölkə vətəndaşlarının sayının məhdudlaşdırılması haqqında qəbul etdiyi qərardan sonra başlanılıb. Onun sözlərinə görə, sənədin hazırlanmasının uzun vaxt aparacağı əvvəlcədən məlum olduğu üçün o zaman Rusiyada çalışan Azərbaycan vətəndaşlarının hüquqlarının qorunmasını təmin etmək üçün Azərbaycan tərəfinin təkidi ilə Rusiya ilə operativ tədbirlər planı hazırlanaraq imzalanıb: “Bu da Rusiyada çalışan Azərbaycan vətəndaşlarının əmək fəaliyyətlərinin leqallaşmasında birgə səylərin artırılması demək idi. Bu tədbirlər planı çərçivəsində həm Rusiyanın həm də Azərbaycanın müvafiq qurumları, həm də Ümumrusiya Azərbaycan Konqresinin şəbəkələrindən istifadə olunmaqla Azərbaycan vətəndaşlarının əmək fəaliyyətləri leqallaşdırıldı”.
İdarə rəisi sazişin yaxın vaxtlarda imzalanacağının gözlənildiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR