Bank Of Baku

Rusiyalı həkimlər azərbaycanlı həmkarları üçün kurslar keçirlər

Rusiyalı həkimlər azərbaycanlı həmkarları üçün kurslar keçirlər
# 07 dekabr 2010 10:19 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycanın Səhiyyə Nazirliyi ilə Rusiyanın Diplomdan sonrakı Tibb Akademiyası arasında imzalanmış saziş əsasında həkimlərin tibbi bilik və bacarıqlarının artırılması məqsədi ilə azərbaycanlı müdavimlərə səyyar təkmilləşdirmə kursları keçirilir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Əziz Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutunun və Rusiya Diplomdan sonrakı Tibb Akademiyasının birgə təşkilatçılığı ilə təşkil edilən kurslar ginekologiyanın aktual məsələlərinə həsr olunub. Kurslara Bakı şəhərindəki tibb müəssisələrində çalışan 20 həkim müdavim cəlb edilib. Respublika Perinatal Mərkəzin bazasında keçirilən kurslar dekabrın 25-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR