Bank Of Baku

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Gürcüstan Həmkarlar Birliyi arasında Memorandum imzalanıb - FOTO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası  ilə Gürcüstan Həmkarlar Birliyi arasında Memorandum imzalanıb - <font color=red>FOTO</font>
# 07 dekabr 2010 10:38 (UTC +04:00)
Bakı. Laçın Sultanova –APA. Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ilə Gürcüstan Həmkarlar Birliyi (GHB) arasında Memorandum imzalanıb. APA-nın məlumatına görə, sənədi AHİK-in sədri Səttar Mehbalıyev, və GHB-in sədri İrakli Petraşvili imzalayıblar.

S. Mehbalıyev bildirib ki, sənəd miqrasiya məsələlərini əhatə edir, burada Gürcüstanda işləyən Azərbaycan vətəndaşları və yaxud da Azərbaycanda çalışan Gürcüstan vətəndaşlarının əmək və sosial hüquqlarının qorunması əks olunub.

İ.Petraşvili bildirib ki, bu, postsovet məkanında bu sahədə imzalanan ilk sənəddir. O deyib ki, Gürcüstanda çalışan azərbaycanlılar heç bir problemlərlə üzləşmir, çünki onlar öz vətənlərindədilər: “Bu sənəd hansısa problemlərin aradan qaldırılması yox, onların yaranmaması üçün imzalanır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR