Bank Of Baku

Səhiyyə mütəxəssislərinin sertifikasiyası hələlik yalnız Bakı şəhəri üzrə keçiriləcək

Səhiyyə mütəxəssislərinin sertifikasiyası hələlik yalnız Bakı şəhəri üzrə keçiriləcək
# 07 dekabr 2010 10:51 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Səhiyyə Nazirliyi praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesini hələlik yalnız Bakı şəhəri üzrə həyata keçirəcək. Nazirlikdən APA-ya verilən məlumata görə, 40 həkim, 7 orta tibb ixtisası üzrə keçiriləcək sertifikasiya prosesinə gələn ilin yanvarından start veriləcək. Sertifikasiyadan keçən şəxslərə sertifikasiya şəhadətnaməsi veriləcək və onlar 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edəcəklər.

Nazirlikdən bildirilib ki, sertifikasiya prosesinin gələcəkdə regionlarda da keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə regionlar üzrə sertifikasiya komissiyaları yaratmaq, yaxud imtahanların səyyar formada keçirilməsi planlaşdırılır.

İmtahan və müsahibə mərhələlərindən ibarət olan sertifikatlaşdırma prosesi beynəlxalq və yerli müşahidəçilər üçün də açıqdır. Ancaq müşahidəçilər test imtahanının və müsahibənin gedişinə müdaxilə edə bilməzlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR