Bank Of Baku

“Azərbaycanda miqrasiya siyasətinin həyata keçirilməsi – əldə olunan nailiyyətlər və inkişaf perspektivləri” adlı seminar keçirilib - FOTOSESSİYA

“Azərbaycanda miqrasiya siyasətinin həyata keçirilməsi – əldə olunan nailiyyətlər və inkişaf perspektivləri” adlı seminar keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 07 dekabr 2010 11:16 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Beynəlxalq Əmək Təşkilatının layihəsi çərçivəsində ”Azərbaycanda miqrasiya siyasətinin həyata keçirilməsi – əldə olunan nailiyyətlər və inkişaf perspektivləri” adlı seminar keçirilib. APA-nın xəbərinə görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev rəhbərlik etdiyi təşkilatın miqrasiya problemlərinə dair bir sıra tədbirlər keçirdiyi barədə məlumat verib. Onun fikrincə, miqrantların sosial hüquqlarının müdafiəsi aktual məsələyə çevrilib.

Seminarda iştirak edən Gürcüstan Həmkarlar Birliyinin sədri İrakli Petraşvili ölkələr arasında isti münasibətlərdən danışaraq xalqlar arasındakı dostluğa yox, insanlar arasındakı dostluğa inandığını söyləyib. Həmkarlar ittifaqlarını Avropa mədəniyyətinin hissəsi adlandıran İ. Petraşvili son illər Gürcüstanda Azərbaycan şirkətlərinin fəaliyyətinin artığını və Azərbaycana gürcü kapitalının gəldiyini vurğulayaraq bu sərmayələrin qorunması ilə yanaşı, həmin işlərdə çalışan insanların hüquqlarının qorunmasının vacibliyini də qeyd edib.

Beynəlxalq Əmək Təşkilatının baş texniki müşaviri Sandra Vermuyten Azərbaycanın təşkilata üzv olduğunu, qurumun bir çox konvensiyalarını ratifikasiya etdiyini və öz qanunvericiliyində bunlardan yararlandığını bəyan edib.

Seminarda iştirak edən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin, Dövlət Miqrasiya Xidmətinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndələri miqrasiya siyasəti sahəsində təmsil etdikləri qurumların fəaliyyəti barədə məlumat veriblər.

Seminar çərçivəsində AHİK ilə Gürcüstan Həmkarlar Birliyi arasında “Miqrasiya sahəsində həmkarlar ittifaqları arasında əməkdaşlıq” adlı Memorandum imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR