Bank Of Baku

“Gənc Liderlərin Şəbəkələşmə bacarıqlarının artırılması” layihəsi Gəncədə maraqla qarşılanıb - FOTO

“Gənc Liderlərin Şəbəkələşmə bacarıqlarının artırılması” layihəsi Gəncədə maraqla qarşılanıb - <font color=red>FOTO</font>
# 07 dekabr 2010 11:26 (UTC +04:00)
Bakı - APA. Gəncə şəhərində Azərbaycan Gənclər və İdman Nazirliyi, USAID, “Conterpart Azerbaijan”ın dəstəyi ilə “İRƏLİ” İctimai Birliyi və Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən həyata keçirilən “Gənc Liderlərin Şəbəkələşmə bacarıqlarının artırılması” layihəsinin 3-cü zonal təliminin açılış mərasimi olub.
“İRƏLİ” İctimai Birliyinin mətbuat katibi Aynur Həsənzadənin APA-ya verdiyi məlumata görə, mərasimdə “İRƏLİ” İctimai Birliyinin baş katibi Rauf Mərdiyev, Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəisi Möhsüm Hüseynov, Gəncə şəhər Nizami Bələdiyyəsinin Gənclərlə iş komissiyasının sədri Mikayil Zeynalov çıxış edərək, layihənin məqsədi və əhəmiyyəti barədə söhbət açıblar.
Gəncə şəhəri, Qazax və Gədəbəy rayonlarının daxil olduğu zonadan ümumilikdə 30 nəfər gənc 3 gün davam edəcək təlimlərdə ekspertlər tərəfindən liderlik, şəbəkələşmə, komanda işinin qurulması istiqamətində biliklər alacaqlar.
Layihə çərçivəsində növbəti təlim Sumqayıt şəhərində keçiriləcəkdir. 2011-ci ilin əvvəlində isə bu layihə iştirakçılarının qatılacağı “Gənc Liderlər üçün Yaz Universiteti”nin təşkil olunması planlaşdırılır.
Qeyd edək ki, “İRƏLİ” İctimai Birliyi daim regionlardakı layihələrə xüsusi diqqət yetirir. “İnformasiya Texnologiyaları Akademiyası” və “Bələdiyyə-2009” layihələri ölkənin bütün rayonlarını əhatə edərək gənclərin böyük marağına səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR