Bank Of Baku

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Rusiyanın Tikinti İşçiləri Həmkarlar Təşkilatı ilə müqavilə imzalayıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Rusiyanın Tikinti İşçiləri Həmkarlar Təşkilatı ilə müqavilə imzalayıb
# 07 dekabr 2010 11:32 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Rusiyanın Tikinti İşçiləri Həmkarlar Təşkilatı ilə müqavilə imzalayıb. APA-nın məlumatına görə, bunu AHİK-in sədri Səttar Mehbalıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu sənəd Rusiyada çalışan Azərbaycan vətəndaşlarına hüquqları pozulduğu halda müraciət etmək imkanı verir: “Biz həm uzaq xaric, həm də MDB ölkələrinin həmkarlar təşkilatları ilə belə müqavilələr bağlayacağıq”.
S. Mehbalıyev bildirib ki, Azərbaycanda fəaliyyət göstərən xarici işçilərin də müəyyən problemləri yaranır: “Çexiyadan gəlib burada işləyən fəhlələrin məsələləri ilə məşğul olduq. Çexiya həmkarlar təşkilatının rəhbəri Azərbaycana gəldi. Belə məsələlər olur, əgər onlar bizə müraciət edirlərsə, biz onları həll edirik”.
AHİK sədri yaranın problemlər arasında əmək haqqının verilməməsi, vəd olunandan az əməkhaqqı verilməsi hallarının olduğunu da deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR