Bank Of Baku

Azərbaycan Tibb Universitetinin rektoru: “Hazırda elə xəstəlik yoxdur ki, onu Azərbaycanda müalicə etmək mümkün olmasın”

Azərbaycan Tibb Universitetinin rektoru: “Hazırda elə xəstəlik yoxdur ki, onu Azərbaycanda müalicə etmək mümkün olmasın”
# 07 dekabr 2010 12:57 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Bu gün kimsə müalicə üçün xaricə gedirsə, bu, o demək deyil ki, həmin şəxsin Azərbaycanda müalicəsi mümkün deyil. Hazırda elə xəstəlik yoxdur ki, onu Azərbaycanda müalicə etmək mümkün olmasın”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, millət vəkili Əhliman Əmiraslanov deyib. O, bəzi vətəndaşların qonşu ölkələrdə müalicə almağa üstünlük verməsinə münasibət bildirərkən bunun hər bir xəstənin şəxsi işi olduğunu söyləyib: “Ancaq deyə bilərəm ki, qonşu ölkələrdə müalicə olunmuş çoxlu sayda xəstə üzərində buraxılmış həkim səhvlərini şəxsən mən düzəltmişəm”.

Ə. Əmiraslanov Azərbaycanda çoxlu sayda yüksək səviyyəli həkimin olduğunu, bununla yanaşı, səriştəsiz həkimlərə də rast gəlindiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR