Bank Of Baku

Abel Məhərrəmov Beynəlxalq Akademik Perspektivlər İnstitutunun reytinq cədvəlində BDU-nun tutduğu yerə münasibət açıqlayıb

Abel Məhərrəmov Beynəlxalq Akademik Perspektivlər İnstitutunun reytinq cədvəlində BDU-nun tutduğu yerə münasibət açıqlayıb
# 07 dekabr 2010 13:40 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Beynəlxalq Akademik Perspektivlər İnstitutunun açıqladığı universitetlərin reytinq cədvəlində Bakı Dövlət Universitetinin aşağı yerdə qərarlaşması yataqxana problemi ilə əlaqədardır. Dünyada universitetlərin reytinqini müəyyənləşdirmək üçün bir neçə metodologiya var. Açıqlanmış son reytinq cədvəlində əsas məqamlardan biri kimi yataqxana götürülüb. Universitetimizin isə yataqxanası demək olar ki, yoxdur. Məsələn, universitetdə 1500 xarici tələbənin təhsil almasına baxmayaraq, biz onları yataqxana ilə təmin edə bilmirik. Dünyada universitet tələbələrinin təqribən 30-50 faizi yataqxanada qalır. Yataqxana tələbə həyatının ayrılmaz bir hissəsidir”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) rektoru, millət vəkili Abel Məhərrəmov deyib.

A. Məhərrəmov bildirib ki, BDU-nun “Tələbə şəhərciyi”ndə məskunlaşmış 8 minə yaxın məcburi köçkün ailəsi köçürülmə ərəfəsindədir: “Bunun üçün sərəncam var, artıq vəsait də ayrılıb. Fikrimcə, 2011-ci ilin ən böyük tarixi hadisələrindən biri BDU-nun “Tələbə şəhərciyi”ndə məskunlaşmış məcburi köçkünlərin köçürülməsi olacaq”.
Rektor bildirib ki, məcburi köçkünlərin köçürülməsindən sonra “Tələbə şəhərciyi”ndəki yataqxanalar sökülərək müasir tələblərə cavab verən yataqxana kompleksi ilə əvəz olunacaq: ““Bundan sonra biz dünyanın ən yaxşı 500 universiteti arasına daxil olmağı düşünürük”.

Xatırladaq ki, ötən həftə Beynəlxalq Akademik Perspektivlər İnstitutu (URAP) dünyanın ən yaxşı 2000 universitetinin reytinq cədvəlini açıqlayıb. Bakı Dövlət Universiteti həmin reytinq cədvəlinin 1951-ci pilləsində qərarlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR