Bank Of Baku

Azərbaycan nümayəndə heyəti Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb

Azərbaycan nümayəndə heyəti Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb
# 07 dekabr 2010 14:58 (UTC +04:00)
Bakı-APA. Londonda “Royal Garden Hotel”də Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrlə bu ölkədə səfərdə olan Azərbaycan nümayəndə heyətinin görüşü keçirilib. APA-nın xəbərinə görə, görüşdə “Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu"nun (ASAIF) sədri Orxan Əkbərov təşkilatın təqdimatını edib.
Azərbaycan nümayəndə heyətinin üzvləri - gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyası Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri Elnur Aslanov, Azərbaycan Respublikası Dövlət Neft fondunun rəhbəri Şahmar Mövsümov, təhsil nazirinin müavini Elmar Qasımov, millət vəkili Ceyhun Osmanlı, Prezident Administrasiyasının sektor müdiri Həsən Məmmədzadə tələbələrin suallarını cavablandırıblar. Görüşdə Azərbaycanda insan kapitalının formalaşmasında tələbələrin rolu və dövlətin bu sahəyə artan qayğısından bəhs olunub.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov görüşdə iştirak edib.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti bundan əvvəl Fransada olub, bu ölkədə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR