Bank Of Baku

BDU-nun rektoru Yaponiyanın Azərbaycandakı səfirini qəbul edib

BDU-nun rektoru Yaponiyanın Azərbaycandakı səfirini qəbul edib
# 07 dekabr 2010 15:18 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Yaponiyanın Azərbaycandakı səfiri Şusuki Vatanabeni qəbul edib. Bu barədə APA-ya BDU-nun mətbuat və informasiya şöbəsindən məlumat verilib.
2000-ci ildən Şərqşünaslıq fakültəsində Yapon dili və ədəbiyyatı ixtisasının açıldığını xatırladan A. Məhərrəmov hazırda bu dil üzrə 37 bakalavr və 2 magistrin təhsil aldığını, ümumilikdə isə indiyədək 61 bakalavr və 9 magistrin hazırlandığını qeyd edib. Rektor tələbələrə dərsləri fakültənin yetirmələri olan məzunların keçdiyini, BDU-da yapon dili üzrə yeni elmi məktəbin formalaşdığını səfirin diqqətinə çatdırıb. O, universitetlərarası əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.
Abel Məhərrəmovun fikirləri ilə həmrəy olduğunu bildirən səfir Şusuki Vatanabeni Yaponiyada azərbaycanlı tələbələrin sayının artırılmasında, universitetlərarası əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu söyləyib.
Sonda səfir BDU-nun Şərqşünaslıq fakültəsinin yapon dili üzrə təhsil alan bir qrup tələbəsi ilə söhbət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR