Bank Of Baku

Bakıda “Uşaqlar və gənclər üçün animasiya praktik filmləri seminarı”nın açılış mərasimi keçirilib

Bakıda “Uşaqlar və gənclər üçün animasiya praktik filmləri seminarı”nın açılış mərasimi keçirilib
# 07 dekabr 2010 15:28 (UTC +04:00)
Bakı Süleyman Fərzəliyev-APA. İranın Azərbaycandakı səfirliyinin mədəniyyət mərkəzində “Uşaqlar və gənclər üçün animasiya praktik filmləri seminarı”nın açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə İranın Mədəniyyət Mərkəzinin sədri İbrahim Nuri çıxış edib. O bildirib ki, İran və Azərbaycan bütün sahələrdə əməkdaşlıq etdikləri kimi, tammetrajlı filmlər, animasiya və cizgi filmlərinin hazırlanması sahəsində də müştərək işlər görəcək: “İran ildə 100 dən artıq film istehsal edir. İran prezidenti Mahmud Əhmədinejad İranda çəkilən filmlərin sayını 300-400-ə qədər artırmağı tövsiyə edib.
İran filmləri ictimai, əxlaqi və ailəvi şəkildədir. Bu filmlər artıq dünyada öz sözünü deyib. Müxtəlif beynəlxalq film festivallarında yüksək mükafatlara layiq görülüblər. Azərbaycanda da film, xüsusi ilə də cizgi filmlərinin hazırlanmasının özünəməxsus tarixi var. Biz ölkələrimizin yaxınlaşması üçün mədəniyyət və incəsənət sahəsində də əlaqələrimizi genişləndirməliyik”.

Tədbirdə çıxış edən İranın Beynəlxalq uşaq cizgi filmləri mərkəzinin sədri Məryəm Bafekrpur deyib ki, İSESKO və İranın Mədəni Əlaqələr təşkilatının dəstəyi ilə “Uşaqlar və gənclər üçün animasiya praktik seminarı” bütün müsəlman ölkələrində keçiriləcək: “Bizim üçün bu sevindirici haldır ki, ilk seminarı qədim və gözəl şəhər olan Bakıda keçiririk. Seminar 1 həftə davam edəcək və bu bir həftə ərzində biz animasiya sahəsində Avropadan və İrandan dəvət edilmiş peşəkar ustadlardan istifadə edəcəyik”.

Tədbirdə İranın Azərbaycandakı səfirinin 1-ci müavini Əhməd Neməti də çıxış edib.
O, son zamanlar iki ölkənin əlaqələrinin qənaətbəxş olduğunu deyib, İran və Azərbaycanın tarixi bağlılıqlarından, iqtisadi və mədəni əlaqələrin inkişaf etməsindən danışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR