Bank Of Baku

İnsan resurslarının idarə edilməsi sahəsində seminar keçirilib

İnsan resurslarının idarə edilməsi sahəsində seminar keçirilib
# 07 dekabr 2010 16:47 (UTC +04:00)
Bakı – APA. Bakıda Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Avropa İttifaqının maliyyəsi əsasında fəaliyyət göstərən, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) dövlət qulluğu sahəsində ixtisaslaşmış təşkilatı olan SİGMA-nın təşkilatçılığı ilə “Dövlət qulluğunda insan resurslarının idarə edilməsi sahəsində qanunçuluq və məcburilik” mövzusunda seminar keçirilib. Komissiyadan APA-ya verilən məlumata görə, seminarda Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının dövlət qulluğu, kadrlar və insan resurslarının idarə edilməsi sahəsinə məsul olan struktur bölmələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər.

Seminarı giriş sözü ilə açan SİGMA-nın baş inzibatçısı Volfanq Ruş təmsil etdiyi təşkilatın məqsədlərindən və gördüyü işlərdən danışaraq SİGMA ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşlığını yüksək qiymətləndirib. O, birgə həyata keçirdikləri layihələr barədə məlumat verib.

Sonra Almaniyadan olan ekspert Bernard Burkholts “Kadr əmrlərinin qanuniliyi və məcburiliyi”, Fransadan olan ekspertlər Aderito Sançes “İnkişaf və motivasiya – dövlət qulluğunda mühüm kadrların idarə edilməsi vasitələri” və professor Cerard Marco “Dövlət qulluğu ilə bağlı mövcud qanunvericiliyin Avropa perspektivindən qiymətləndirilməsi” mövzularında təqdimatla çıxış ediblər.

Təqdimatların sonunda mövzu ətrafında müzakirə keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR