Bank Of Baku

Azad Rəhimov Avropa Şurası Nazirlər Komitəsinin iclasında iştirak edir

Azad Rəhimov Avropa Şurası Nazirlər Komitəsinin iclasında iştirak edir
# 08 dekabr 2010 08:50 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bu gün Fransanın Strasburq şəhərində keçirilən Avropa Şurası Nazirlər Komitəsinin növbəti iclasında iştirak edəcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Avropa Şurasının baş katibi Bakıda keçirilmiş Avropa Şurası idmana məsul nazirlərin 18-ci Qeyri-formal Konfransının yekunlarına dair məlumat verəcək.

Azərbaycan paytaxtında təşkil olunmuş həmin toplantını nəzərə alaraq qeyd edilib ki, konfrans keçirən ölkənin nazirinin Nazirlər Komitəsinin iclasında çıxış etməsi ilk dəfədir həyata keçirilir. Məhz bu baxımdan, nazir Azad Rəhimovun konfransa dəvət olunması xüsusi əhəmiyyət kəsb edir.

Azad Rəhimov iclasda cıxış etməklə bərabər, konfransın yekunları və İdman sahəsində Genişləndirilmiş Hissəvi Sazişlə bağlı fəaliyyətlər, Ümumdünya Antidoping Agentliyi ilə münasibətlər, Avropa Şurası ilə Avropa İttifaqı arasında idman sahəsində əməkdaşlıq məsələləri ilə bağlı müzakirələrə də qatılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR