Bank Of Baku

Sumqayıtda 3300 ədəd ağac əkilib

Sumqayıtda 3300 ədəd ağac əkilib
# 08 dekabr 2010 11:07 (UTC +04:00)
Sumqayıt - APA-Economics. Sumqayıt şəhərində yaşıllıqların salınması, ağaclar əkilməsi və aqrotexniki qulluq göstərilməsi ilə bağlı daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən cari ilin noyabr ayı ərzində 3300 ədəd ağac əkilib.

APA-Economics”in xəbərinə görə, bu barədə şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyevin rəhbərliyi ilə Sumqayıtın 2010-2011-ci il qış mövsümünə hazırlığına həsr olunmuş geniş müşavirədə məlumat verilib. Bildirilib ki, ağaclar şəhərin Ü.Hacıbəyov, Çerkassı, İ.Qayıbov, Niyazi, İnşaatçılar küçəsində, 12-ci mikrorayon ərazisində və Bakı-Quba yolunda əkilib.

Qeyd edilib ki, 2010-cu ilin əkin mövsümündə şəhər ərazisində kol və ağacların əkilməsi, yaşıllıqların salınması istiqamətində yerlər müəyyənləşdirilib, layihələr hazırlanıb. Əkin mövsümü ərzində şəhər ərazisində 26600 ədəd ağac, 4000 ədəd kol əkilməsi və 1500 p/m suvarma xətlərinin çəkilməsi nəzərdə tutulub. Bu məqsədlə şəhərin müxtəlif ərazilərində iməciliklərin keçirilməsinə start verilib. Növbəti iməciliyin keçirilməsi isə bu həftənin sonuna planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR