Bank Of Baku

Mərkəzi Neftçilər Xəstəxanasının kardiocərrahiyyə briqadası Naxçıvanda açıq ürək əməliyyatları keçirir - FOTO

Mərkəzi Neftçilər Xəstəxanasının kardiocərrahiyyə briqadası Naxçıvanda açıq ürək əməliyyatları keçirir - <font color=red>FOTO</font>
# 08 dekabr 2010 11:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) yüksək peşəkarlardan ibarət kardiocərrahiyyə briqadası Naxçıvanda növbəti aksiyaya start verib.

ARDNŞ Sosial İnkişaf İdarəsi mətbuat xidmətinin rəisi Əmrah Fəqanoğlunun “APA-Economics”ə verdiyi məlumata görə, Naxçıvan Müalicə-Diaqnostika Mərkəzində (MDM) dekabrın 12-dək davam edəcək bu aksiya çərçivəsində MNX-nın Ürək-Damar Xəstəlikləri Mərkəzinin rəhbəri, tibb elmləri namizədi Rəşad Mahmudovun rəhbərliyi ilə ürək çatışmazlığından əziyyət çəkən 27 sakin üzərində açıq ürək əməliyyatı aparılması nəzərdə tutulur.

Aksiya başlanandan indiyədək 8 xəstə üzərində analoji əməliyyatlar aparılıb və onların hamısı uğurla nəticələnib. Əməliyyat olunması planlaşdırılan xəstələr arasında 10-dək uşaq da var və onlardan ən kiçiyi 2 yaşındadır.

Qeyd edək ki, əməliyyatların hamısı ARDNŞ-ın maliyyə dəstəyi ilə gerçəkləşdirilir və indiki aksiyada əməliyyat olunanlar da hesaba alınmaqla, son 3 ildə üzərlərində MNX-nın həkimləri tərəfindən açıq ürək əməliyyatı aparılan Naxçıvan sakinlərinin sayı 157-ə çatacaq. Bu ilin sonunda Naxçıvan MDM-də MNX-nın həkim-mütəxəssisləri tərəfindən ilk transplantoloji əməliyyatın həyata keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR