Bank Of Baku

Beyin insultu keçirən xalq artisti İlham Əsgərovun nə zaman evə buraxılacağı məlum deyil

Beyin insultu keçirən xalq artisti İlham Əsgərovun nə zaman evə buraxılacağı məlum deyil
# 08 dekabr 2010 12:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “İlhamı iynə vurub yatırdırlar. Onu bu palatadan digər palataya keçirtmək, yerindən tərpətmək, danışdırmaq olmaz. İlhama ciddi şəkildə istirahət və rahatlıq lazımdır”. Bunu APA-ya açıqlamasında beyin insultu keçirən və Mərkəzi Klinik Xəstəxananın nevrologiya şöbəsində müalicə olunan Azərbaycanın xalq artisti, Dövlət Akademik Milli Dram Teatrının aktyoru İlham Əsgərovun həyat yoldaşı Yeganə Əsgərova deyib. Y. Əsgərova aktyorun ciddi nəzarət altında saxlanıldığını qeyd edib: “Şükür Allaha özünü yaxşı hiss edir. Ancaq mənimlə danışır və çox danışmağa icazə vermirlər. İlhamın beynində qansızma olmayıb, ancaq beynində insult olub və hazırda bu problemin aradan qalxması üçün lazımi müalicə aparılır”.

Y. Əsgərova deyib ki, aktyorun nə zaman evə buraxılacağı hələ məlum deyil: “Çox güman ki, hələ bir neçə müddət İlham xəstəxanada müalicə olunacaq. Sonra da müalicəsi ev şəraitində davam etdiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR