Bank Of Baku

Azərbaycanda 130 minə yaxın şəkərli diabet xəstəsi rəsmi qeydiyyata düşüb

Azərbaycanda 130 minə yaxın şəkərli diabet xəstəsi rəsmi qeydiyyata düşüb
# 08 dekabr 2010 13:55 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Hazırda Azərbaycanda rəsmi qeydiyyatda 130 minə yaxın şəkərli diabet xəstəsi var. APA-nın məlumatına görə, bunu Azərbaycan Səhiyyə Nazirliyinin baş endokrinoloqu Rafiq Məmmədhəsənov “Novo Nordiks” şirkətinin təşkil etdiyi “Media mükafat-2011” layihəsinin təqdimatında deyib. Onun sözlərinə görə, hələ eramızdan əvvəl insanlara məlum olan şəkərli diabet xəstəliyindən hazırda dünyada 250 milyondan çox insan əziyyət çəkir. 2025-ci ildə isə bu xəstəliyə yoluxanlarının sayının 386 milyona yüksələcəyi gözlənilir.

R. Məmmədhəsənov deyib ki, xəstəlik vaxtında aşkarlanarsa, onun müalicəsi effektli olar: “Şəkərli diabet genetik xəstəlikdir. Eyni zamanda, müasir dövrdə insanlar bir neçə yerdə işləyərək çox stress keçirirlər. Bu da şəkərli diabetə gətirib çıxarır”.

Azərbaycan Endokrinoloqları Elmi Cəmiyyətinin sədri Valeh Mirzəzadə isə deyib ki, hələ eramızdan 1500 il əvvəl bu xəstəlik haqqında papirusda yazılıb: “Bu xəstəliyin bir neçə tipi var. Xəstəliyin birinci tipində əlamətlər özünü çox kəskin şəkildə göstərir. Bu tipə cavanlarda daha çox rast gəlinir. Xəstəliyin bu tipi müşahidə edilən uşaqlar qısa müddətdə komaya düşürlər. İkinci tip xəstəlik kök insanlarda olur. Şəkərli diabetin qestasion tipi daha çox qadınlarda hamiləlik zamanı aşkar edilir. Amma mümkündür ki, hamiləlikdən sonra şəkərli diabet keçib getsin. Ümumilikdə isə şəkərli diabet tam müalicə edilən xəstəlik deyil”.

V.Mirzəzadə onu deyib ki, fiziki hərəkətin az edilməsi, köklük şəkərli diabetin yaranmasına səbəb olur. Bu xəstəliyə tutulanlar 7-10 il az yaşayırlar.
V. Mirzəzadənin sözlərinə görə, çox böyük sürətlə inkişaf edən bu xəstəliyin qarşısı alınmazsa, 2190-cı ildə bütün dünyada yaşayan insanlarda şəkərli diabet xəstəliyi olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR