Bank Of Baku

Azərbaycanın KİV nümayəndələri üçün diabet mövzusu ilə bağlı yeni müsabiqə elan edilib

Azərbaycanın KİV nümayəndələri üçün diabet mövzusu ilə bağlı yeni müsabiqə elan edilib
# 08 dekabr 2010 14:10 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. “Novo Nordiks” şirkəti kommunikasiya yolu ilə diabetin təbliğatını gücləndirmək məqsədi ilə KİV üçün “Media Prize” mükafatını təsis edib. APA-nın bildirdiyinə görə, “Novo Nordiks” şirkətinin Azərbaycan nümayəndəliyinin məlumatında qeyd edilir ki, diabet mövzusu ilə bağlı müsabiqəyə təqdim edilən yazılar dekabrın 10-dan gələn il aprelin 30-dək dövri mətbuatda çap edilməli, yaxud telesüjet kimi televiziya kanallarında nümayiş etdirilməlidir. Müsabiqə üç nominasiya - ən yaxşı telesüjet, ən yaxşı məqalə (KİV-də dərc olunan), ən yaxşı online (internet) məqalə üzrə keçiriləcək. Müsabiqə milli və beynəlxalq mərhələni əhatə edəcək. Ölkə müsabiqəsinin seçilən üç qalibi qiymətli hədiyyələrlə mükafatlandırılacaq və beynəlxalq münsif heyətinə təqdim olunacaq. Beynəlxalq müsabiqənin qalibləri isə gələn ilin sentyabr ayında Portuqaliyada keçiriləcək tədbirdə 2000 avro ilə mükafatlandırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR