Bank Of Baku

Azərbaycanda şəkərli diabet xəstələri üçün sanatoriya-kurort mərkəzi yaradılacaq

Azərbaycanda şəkərli diabet xəstələri üçün sanatoriya-kurort mərkəzi yaradılacaq
# 08 dekabr 2010 14:28 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycanda şəkərli diabet xəstələri üçün sanatoriya-kurort mərkəzi yaradılacaq. APA-nın məlumatına görə, bunu Milli Məclis Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli deyib. Onun sözlərinə görə, bu mərkəz gələn il aprelin sonlarında artıq ilk xəstələrini qəbul edə biləcək. Mərkəzin harada yaradılacağını hələ açıqlamaq istəməyən millət vəkili oraya üz tutacaq şəkərli diabet xəstələrinin müalicəsinin çox effektli nəticələrinin olacağını deyib: “Belə mərkəz Yesentukidə var. Burada 10 günlük kurs keçmək lazımdır ki, şəkər qalxmasın”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR