Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurası bu il ekologiya istiqamətində 30 layihə maliyyələşdirib

QHT-lərə Dövlət Dəstəyi Şurası bu il ekologiya istiqamətində 30 layihə maliyyələşdirib
# 09 dekabr 2010 09:18 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2010-cu ildə ekologiya mövzusunda maliyyələşdirdiyi layihələrin nəticələrinə həsr olunan mətbuat konfransı keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən şura sədri Azay Quliyev 2010-cu ildə ekologiya istiqamətində 30 layihənin maliyyələşdirildiyini deyib: “Bu layihələrə 162 milyon 500 manat vəsait ayrılıb. 2009-cu ildə isə 21 layihə maliyyələşdirilib ki, bunlara da 133 milyon 190 manat vəsait ayrılıb. Bu il həyata keçirilən layihələrin icrasına 72 nəfər əmək haqqı alan işçi cəlb olunub. Layihələr üzrə bəhrələnənlərin sayı isə 7244 nəfər olub. Layihələr Dəvəçi, Yevlax, Gəncə, Mingəçevir, Quba, Sumqayıt, Lənkəran, Şirvan və digər rayonları əhatə edib”.
Onun sözlərinə görə, 4 QHT ağac əkmə aksiyası, 22 QHT isə maarifləndirmə işlərini həyata keçirib. Maarifləndirmə işləri ilə yanaşı 12 QHT ekologiya sahəsində müxtəlif informasiya vasitələri çap edib.

Şura sədri, bu il həyata keçirilən 20-dən çox layihənin icrasının isə artıq başa çatdığını da vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR